Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4628

Dolma hazırlama və paylaşma ənənəsi YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan ənənəsi kimi daxil edilmişdir

2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 6 dekabr tarixində elan edilmişdir.

Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir.

Qiymətləndirici Orqanın müsbət rəyinə baxmayaraq müzakirələr zamanı Ermənistan tərəfi Komitə üzvlüyünü öz təxribatçı məqsədləri üçün istifadə edərək fayla qarşı çıxış etmişdir. Lakin Azərbaycan Nümayəndə Heyətinin səyləri və Komitənin digər üzvlərinin konstruktiv mövqeyi nəticəsində fayla heç bir müdaxilə edilməmişdir. 

Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov Azərbaycan xalqının qonaqpərvərlik, dostluq, mehribanlıq mədəniyyətinin əsas simvollarından biri olan Dolmanın bişirilmə və paylaşma ənənəsinin ölkəmizin sərhədlərindən daha geniş çoğrafiyanın əhatə etdiyini yüzilliklər boyu nəsillərdən nəsilə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırdı. Azərbaycan Hökuməti adından YUNESKO Qiymətləndirmə Orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu mətbəx nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirdi. 

Səfir həmçinin Ermənistanın həmişə olduğu kimi bu dəfə də Komitədəki üzvlüyündən sui-istifadə edərək öz çirkin siyasi oyununu aparmaqda və əsassız iddialarını irəli sürməkdə davam etdirdiyini, işğalçılıq siyasətini mədəniyyət sahəsində də tətbiq etdiyini qeyd etdi. Buna baxmayaraq səfir Komitə tərəfindən  bu nomunasiya üzrə ədalətli qərarın qəbul edildiyini alqışladı. Həmçinin nominasiyada ölkəmizin Qarabağ bölgəsinə istinadlara dair Ermənistan tərəfinin əsassız etirazlarına cavab olaraq səfir Anar Kərimov qəti şəkildə vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü heç bir beynəlxalq platformalarda, o cümlədən YUNESKO çərçivəsində sual altına qoyula bilməz və o, bu xüsusda BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı məlum dörd qətnaməsini qeyd etmişdir. Bu səbəbdən nominasiyada Azərbaycan Respublikasının Qarabağ bölgəsinə istinadların heç kimdə sual doğurmamalı olduğu xüsusilə vurğulanmışdır. 

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan AR-nın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda Dolma hazırlama və paylaşma ənənəsindən başqa Azərbaycan Muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Aşıq sənəti, Novruz bayramı, Xalça sənəti, Tar ifaçılığı, Kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb