Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2387

“Don Kixot” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin üçüncü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam edir. Daha öncə məlumat verdiyimiz kimi, iyulun 3-dən tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov üzərində işlədiyi əsəri belə şərh edib:

“Klassik kanonları dağıdaraq daha çox sosial, müasir, XXI əsrin insanını narahat edə biləcək problemləri ön plana çəkmək istəyirik. İnsana xas olan ləyaqət, insaf, mərhəmət, mərdlik kimi üstün cəhətləri qabartmağa çalışmışıq. Ekstremal vəziyyətdə insani hisslərin öz yerini bunun antonimi ola biləcək duyğulara verməsi və bütün bunlara qarşı təkcə vuruşan, döyüşən Don Kixot haqqında düşünməyə, tamaşaçını ona yenidən, ayrı baxış bucağından nəzər salmağa çağırırıq. Əsər əsrlər öncə yazılmasına baxmayaraq, bu gün üçün də aktualdır. İnsanların başına gələn mənəvi, psixoloji, sosial bəlaların kökünü açmağa, göstərməyə çalışırıq”.

Bütün bu qəliz mətləblərə, klassik əsərin özünəməxsus tələblərinə baxmayaraq, tamaşa tragikomediya janrında qurulur. Tamaşada görkəmli bəstəkar Qara Qarayevin “Don Kixot” qravürlərindən, həmçinin rus bəstəkarı Aleksey Rıbnikovun əsərlərindən istifadə olunacaq. Tamaşa şərtilik üzərində qurulduğu üçün səhnə tərtibatında da bu şərtilik gözləniləcək. Zamanı, zəmanəni dəyişməyə çalışan Don Kixot bunları simvolizə edən böyük bir saatla mübarizə aparacaq. Yaradıcı heyət Don Kixotun vasitəsiylə “Dünyanı insanlıq, mərhəmət xilas edəcək” mesajını ötürəcəklər…                    

Yeni səhnə əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev və teatrın digər sevilən aktyorları rol alıblar.

Tamaşanın premyerası oktyabr ayının sonuna  nəzərdə tutulub.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı