Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 15 may saat 18:00-da növbəti videokonfrans keçir
iləcək.Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəsislərinin iştirakı ilə baş tutacaq konfransda “İncəsənətin ənənəvi və rəqəmsal sərgi platformalarında müasir insana estetik və emosional təsiri” mövzusu müzakirə olunacaq.
Konfrans Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, İstanbul Yeddi Təpə Universiteti “Gözəl Sənətlər” fakültəsindən Prof.Dr. Teymur Rzayev, Ağdəniz Universitetinin “Gözəl Sənətlər” fakültəsindən Dos. Dr. Tərlan Mehdiyeva, Konya Səlcuq Universiteti “Gözəl Sənətlər” fakültəsindən Dos. İlham Ənvəroğlu, İstanbul Beykent Universitetinin əməkdaşı Sema Özevin, Ankaradan heykəltəraş elmlər namizədi Səid Rüstəm, Biləcik Universiteti “Gözəl sənətlər və dizayn” fakültəsindən Elçin Mustafayev, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən pedaqoq Mehbarə Abbasova, Ankardan Azərbaycanlı rəssam Həmid Əlioğlu və Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı və digər incəsənət mütəxəsislərinin iştırakı ilə baş tutacaq.