Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1752

“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTACın informasiya dəstəyi ilə “Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir.

Müsabiqənin yekun sərgisi 23 fevral 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqənin əsas məqsədi Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaqdır.

Müsabiqəyə 450-yə yaxın uşaq, 800-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 170 müəllifin, 180-ə yaxın işinin nümayişi nəzərdə tutulur.

Müsabiqədə Bakı, Sumqayıt, İsmayıllı, Balakən, Salyan, Astara, Masallı, Qazax, Xırdalan, Goranboy, Laçın, Xocalı, Abşeron, Şamaxı, Lənkəran, Ağdam, Qax, Hacqabul, Şəki, Xaçmaz, Mingəçevirdən olan məktəblilər, o cümlədən, Xocalı rayonu UGİM, Ağdam rayon UGİM, Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzi, Balakən Rayon Humanitar və Texniki Təmayüllü lisey, 3 nömrəli UİM, Masallı Rayon Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Əsra Tədris Mərkəzi, Elif Tədris Mərkəzi, Maştağa Mədəniyyət Mərkəzi Rəsm Kursu, Goranboy Şəhər UİM, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu, Hacıqabul UGİM, Lənkəran Şəhər Uşaq rəssamlıq məktəbi, Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyi, Lənkəran rayon S.Kazımbəyov adına 6 saylı məktəb, 5 nömrəli UİM, Balakən şəhəri UİM, Şəki şəhər UİM, Mingəçevir şəhər UGİM, Quba UGİM, Abşeron rayon UGİM, Gun art studiya, NigArt studiya, Kristal Tədris Psixologiya Mərkəzi, Sumqayıt şəhəri 2 saylı Bülbül adına UİM, Fikrət Əmirov adına  6 nömrəli Onbirillik İncəsənət məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb