Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3005

Şəki Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müvafiq əmri əsasında, Şəki Şəhər İcra  Hakimiyyəti və Şəki Regional Mədəniyyət  İdarəsinin təşkilatçılığı ilə, Şəkinin öz ənənələri ilə seçilən nüfuzlu musiqi məktəblərindən  biri olan Uşaq İncəsənət Məktəbinin yaranmasının 80 illik yubileyi təntənəli surətdə qeyd olunub.

Şəki Dövlət Dram Teatrında keçirilən yubiley mərasimində şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər. İlk öncə təqdim edilən videoçarxda Uşaq İncəsənət Məktəbinin bu 80 ildə keçdiyi yola, qazandığı uğurlara  nəzər salınıb.

Qeyd olunub ki, Şəki şəhər Uşaq incəsənət məktəbi rəsmi olaraq 1938-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə məktəbin yüzlərlə məzunu olmuşdur ki, onlardan bəziləri istər Şəkidə, istər respublikanın şəhər və rayonlarında və Bakıda musiqi müəllimi və ya musiqi ifaçıları kimi hal-hazirda  fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, görkəmli bəstəkar Cavanşir Quliyev, Sankt- Peterburq Qertsen adına Universitetin folklor və musiqi kafedrasının professoru, sənətşünaslıq elmləri doktoru Faiq Çələbiyev , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşunaslıq üzrə  Elmi- Metodiki Mərkəzinin bədii təhsil şöbəsinin müdiri, pedaqogika  üzrə fəlsəfə doktoru Natiq Mustafayev , Bakı şəhər S.Rüstəmov adına 13 saylı musiqi məktəbinin direktoru Tofiq  Salmanov məhz vaxtı ilə bu məktəbin məzunları olublar.

Hal- hazırda Şəki şəhər Uşaq İncəsənət məktəbində 490 nəfər şagird fortepiano, skripka, tar, kamança, qarmon, nağara , xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə təhsil alırlar. Məktəbdə həmin şagirdlərin təhsili ilə bağlı 187 nəfər müəllim məşğul olur. Başa vurulmuş ötən tədris ilində məktəbin müxtəlif ixtisaslar üzrə 89 nəfər məzunu olub.

Məktəbin müddət ərzində qazandıgı  nailiyyətlər diqqətə çatdırıldıqdan sonra tədbir rəngarəng konsert proqramı ilə davam edib.

Yubiley tədbirinin sonunda Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov çıxış edərək yaradıcı kollektivi təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıblar. Sonra Şəki UİM-nin direktoru Eldar Rəcəbova  Şəki şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanları təqdim olunub.

 

 

 

 

 

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib