Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
919

Şəkidə infotur çərçivəsində konfrans keçirilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olan Qazaxıstanın “Kazax TV” telekanalının əməkdaşları üçün infotur təşkil olunub.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akreditasiya olunmuş “Media-Soy Production”un “Kazax TV” telekanalı üçün Azərbaycanda “Folk Art” və “The school of nomads” adlı iki layihə hazırlayır. Verilişlərdə Azərbaycanın tarixi və mədəni irsi əks etdiriləcək çəkilişlər Bakı, Lahıc və Şəkidə aparılıb.

Sentyabrın 13-də infotur çərçivəsində Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Media-Soy Production” şirkətinin prodüseri Dana Nukeyevanın, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın, regional “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup” üzvlərinin iştirakı ilə “Mədəniyyətin təbliğində medianın rolu” adlı konfrans keçirilib.

Konfransı Mərkəzin elmi katibi Cavid Əliyev açaraq görülən işlər və gələcək layihələr haqqında məlumat verib. Bildirilib ki, seminarın məqsədi mədəniyyətimizin təbliğində medianın mühüm rolunu bir daha qeyd etmək və ictimaiyyəti MEMİM-in fəaliyyəti barədə məlumatlandırmaqdır. Mərkəz bir sıra maraqlı layihələrə imza atıb, gənclərin mədəni proseslərə cəlb olunmasına diqqət ayırır.

Şöbə müdiri Nurəddin Babazadə qeyd edib ki, bu gün, informasiya müharibəsi dövründə mədəniyyətimizin təbliğinə xüsusi ehtiyac var. Ona görə də yerli və beynəlxalq media nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması və genişləndirilməsi vacibdir. Gənclər də mədəniyyətimizə daha yaxın olub onun fəal təbliğatçıları olmalıdır.

Mərkəzin əməkdaşları Ceyhun Əhmədov və Nadir Məmmədov öz çıxışlarında deyiblər ki, bu gün muzey, kitabxana, musiqi məktəblərinin inkişafı üçün dövlət proqramları həyata keçirilir. Bütün bunlara baxmayaraq, bu müəssisələrin fəaliyyəti əhatəli şəkildə ictimaiyyətə çatdırmalıdır. Mədəniyyətin, mədəniyyət müəssisələrinin mediada təbliği onların işlərində irəliləyişə səbəb ola bilər.

Mərkəzin direktoru Asif Usubəliyev vurğulayıb ki, informasiya məkanında mədəniyyət mövzusu qədər həssas və müdafiəsiz bir sahə yoxdur. Mədəniyyət nümunələrimizin mənimsənilməsinə cəhdlər də buna misaldır. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı, Mədəniyyət Nazirliyin və digər qurumların fəaliyyəti nəticəsində mədəni irs nümunələrinin mənimsənilməsinin qarşısı alınır və ölkə mediası da bu məsələdə dövlətə dəstək verməlidir.

A.Usubəliyev ölkəmizdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının da təbliğatına ehtiyacın olduğunu deyib. Bildirib ki, bir çox hallarda regionlardakı mədəniyyət müəssisələri gördükləri işi ictimaiyyətə çatdıra bilmirlər. Bu istiqamətdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müvafiq işlər görür. Bununla belə, müxtəlif mediaların fikri və bu məsələlərə diqqət ayırması bizim üçün çox əhəmiyyətlidir. Televiziyalarda xəbər proqramlarında mədəniyyət xəbərlərinə sonda ayrılan bir neçə dəqiqə efir vaxtı informasiyanın çatdırılmasını və mövzuları əhatə edə bilmir. Eyni zamanda, mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti uğurlu nəticə verə bilər.

Tədbirdə Qazaxıstanın media təmsilçiləri çıxış edərək öz mülahizə və fikirlərini bildiriblər.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir