Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1249

Şəkidə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində kino mövsümünün açılışı olmuşdur

Azərbaycanın bütün regionlarında olduğu kimi Şəkidə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində də kino mövsümünün açılışı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli və filmin aktyorları iştirak edirdilər.

Tədbiri açıq elan edən Mirvari Zeynalova  tədbir iştirakçılarını salamlayaraq yeni dərs ilinin başlanması münasibətilə tədris müəssisələrinin işçilərini təbrik etdi və işlərində uğurlar arzuladı. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 2961 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci  illər üzrə inkişafına dair Dövlət Proqramı”na, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 8 avqust 2017-ci il tarixli 186 nömrəli əmrinə əsasən kino nümayişi işinin yaxşılaşdırılması məqsədilə hər ilin  sentyabr ayının 15-i ölkədə kino mövsümünün açılışı günü kimi qeyd olunmasını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz xanıma söz verdi. Almaz xanım Azərbaycan kinosunun tarixindən və bu günündən söhbət açdı. Mədəniyyət və İncəsənətə böyük önəm verən Ümummilli Lider Heydər Əliyevin kino sahəsində çalışanlara diqqət və qayğısı böyük olub. Prezidentimiz İlham Əliyev bu siyasəti layiqincə davam etdirir.  Bu gün regionu əhatə edən rayonlarda da kino mövsümünün açılışı ilə tədbirlərin keçirildiyini qeyd edən Mirvari xanım daha sonra bu gün Şəkidə nümayiş olunacaq “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Sabir Rəhman adına Şəki Dövlət Dram Teatrının  rejissoru Mirbala Səlimlini səhnəyə dəvət etdi. Mirbala müəllim film haqqında qısa məlumat verərək qeyd etdi ki,  “Qırmızı bağ” filminin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Film üç “Altın kamança” mükafatına layiq görülüb. Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberq, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR”, Avstriyanın LET`S CEE, Türkiyənin Alanya Beynəlxalq Film Festivallarında iştirak edib.

Daha sonra tədbir iştirakçılarını “Qırmızı bağ” filminə baxmağa dəvət edib.

Qeyd edək ki, Azərbaycan istehsalı olan sənədli, bədii və cizgi filmlərinin nümayişi il ərzində regionu əhatə edən bütün rayonlarında həftədə 3 gün olmaqla nümayiş olunacaq.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!