Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində “Tofiq Quliyevin ürək mahnıları” adlı konserti keçirildi. Bəstəkarın həyat və yaradıcılığından geniş məruzə ilə çıxış edən məktəbin müəllimi Vəfa Əliyeva qeyd etdi ki, Tofiq Quliyev istər melodram, istər psixoloji dedektiv, istər myuzikl janrlarında “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və bir çox bədii ekran əsərlərinə musiqi yazmışdır. Böyük əsərlər yaza biləcəyi halda tək bir mahnı janrı ilə əbədi iz qoydu... Tofiq Quliyev alicənab, xeyirxah və qayğıkeş bəstəkar idi. Sənətinin böyüklüyü qədər də şəxsiyyəti var idi. Tofiq Quliyev xəstə ikən “İstiqlal ordeni”ni xəstəxanaya gələrək şəxsən Ulu öndər Heydər Əliyev özü təqdim etmişdir.
Daha sonra tədbir məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi.
Sonda məktəbin direktoru Tərlan Məmmədova söz verildi. O qeyd etdi ki, Tofiq Quliyev dövrünün ən seçilən bəstəkarlarından biri idi. “Tofiq Quliyevin mahnıları həmişə öz pərəstişkarlarına ruhi qida mənbəyi olaraq qalacaqdır.” – deyə direktor vurğuladı.