Şəki Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümü dövründə mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində olan Qaratorpaq kənd folklor klubu və Baş Küngüt kənd diyarşünaslıq evi “Qala Divarları ”ərazisində səhər saatlarından başlayaraq günün sonuna kimi konsert proqramı ilə çıxış etmişdirlər.
Şəki sakinləri ilə yanaşı bölgələrdən gələn turistlər də konsertdə yaxından iştirak etmişdirlər. Qaratorpaq kənd folklor klubunun və Baş Küngüd kənd diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivləri maraqlı və yaddaqalan çıxışları ilə xarici ölkələrdən gələn turistlərin diqqətini cəlb etməyi bacarmışlar. Baş Küngüd kənd diyarşünaslıq evinin rəqs dərnəyi və idman həvəskarlarının göstərdikləri səhnələr tədbiri daha da maraqlı etmişdir.
Ətrafda yaşayan sakinlər xüsusilə də gənclər konsertdə maraqlı rəqs nümayiş etdirmişlər.