14.07.2017 04:35
Tanınmış Azərbaycan kinorejissoru və ssenari müəllifi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub. Festival 22-28 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Qeyd edək ki, Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat” tammetrajlı bədii filmləri dünyanın bir çox nüfuzlu film festivallarının müsabiqə proqramlarında iştirak edib və bir sıra mükafatlara layiq görülüb.