Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1922

Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

1 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” 5 avqust 2017-ci il tarixli 3142 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında  musiqi sənətinin istedadlı nümayəndələrindən biri görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və maestro Rauf Abdullayev, ikinci hissədə isə Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və tanınmış müğənnilərin ifasında bəstəkarın simfonik əsərləri və mahnıları səslənəcəkdir.

Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazmışdır. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Şükriyyə”, “Ağ çiçək”, “Kəpənək”, “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları səmimiyyəti ilə dinləyici qəlbinə daxil olmuş, musiqisevərlərin dilində əzbər olmuşdur.

Emin Sabitoğlu “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir çox məşhur kinofilmlərə yazılan  maraqlı, yaddaqalan musiqi müəllifi kimi də tanınır. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Dantenin yubileyi”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” kimi filmlərin musiqisi Azərbaycanın qızıl fonduna daxil edilmiş sənət incilərindəndir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına yazdığı musiqi isə Emin Sabitoğlunun yaradıcılığında xüsusi yer tutur. “Yalan”, “Gülüstanda qətl”, “Bizim qəribə taleyimiz”, “Gərgədan buynuzu”, “Fərhad və Şirin”, “Unuda bilmirəm”, “Yağışdan sonra”, “Əliqulu evlənir”, “Nişanlı qız” kimi tamaşalar uzun illər teatrın  repertuarını bəzəmişdir. Bəstəkar paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələmişdir.  Emin Sabitoğlunun Azərbaycan Dövlət Musiqili Komediya Teatrı üçün yazdığı operettalar milli kolorit, lirik və oynaq musiqi dili ilə səciyyələnmişdir. Onların sırasında  “Hicran”, “Bankir adaxlı”, “Nəğməli könül”, “Bildirçinin bəyliyi”, “Qırmızıpapaq”, “Bir dəfə Bağdadda” kimi musiqili komediyaları dəfələrlə səhnəyə qoyularaq tamaşaçıların dərin rəğbətini qazanmışdır.

Görkəmli bəstəkar 1978-ci ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1986-cı ildə Dövlət mükafatı laureatı, 1997-ci ildə “Şöhrət” ordeninə, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb