17.01.2019 02:31
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında “Şərqin böyük filosofu və şairi İmadəddin Nəsimi” adlı kitab sərgisi təşkil olunub.
Baş İdarədən bildirilib ki, sərgi bu il ölkəmizdə elan edilən “Nəsimi ili” çərçivəsində təşkil edilib.
Qeyd edək ki, İmadəddin Nəsimi ilə bağlı Azərbaycan və rus dillərində nəşr olunmuş kitabların sərgisi ilin sonunadək kitabxanada nümayiş olunacaq.