Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2320

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi. Tədbir çərçivəsində tanınmış dilçi alim, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovla tələbələrin görüşü olub. Əvvəlcə iştirakçılar kitabxananın foyesində Azərbaycan dilinin tədqiqinə aid kitablarla, eləcə də akademikin monoqrafiya və elmi əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin əsas məqsədi, ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Tədbirdə, digэr qonaqlardan , uşaq ədəbiyyatı tədqiqatçısı filalogiya üzrə fəlsəfə doktoru Fizuli Əsgərli, ADPU, BDU- nun filalogiya və kitabxanaçılıq informasiya fakültəsinin tələbələri, ədəbiyyat üzrə mütəxəssislər, pedaqoqlar və.s qonaqlar da iştirak edirdilər. Tədbiri giriş sözü ilə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova açaraq, qonaqları salamladı. O, öz çıxışında Azərbaycan dilinin dünya dilləri içərisində ahəngdarlıği, zənginliyi, tariximizi bu gün də yaşatmağa kömək edən bir dil olduğunu vurğuladı. Ana dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır. O, ana qədər müqəddəsdir. Vətənə bağlı hər bir şəxs əli silahlı əsgər kimi onu sevməli və sevdirməyi bacarmalıdır. Sonra söz, akademik Nizami Cəfərova verildi. Natiq öz nitqində ana dili ilə bağlı ətraflı çıxış edərək, tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə məruz qalmasından, lakin, xalqımızın milli birliyi, milli qüruru sayəsində dilimizi qorumağa müvəffəq olduğunu, bu işdə tarixən görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərinin az olmadığını, müasir dövrdə isə Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulduğunu bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi ilə vurğuladı.Daha sonra fəal oxucuların ifasında Azərbaycan dili haqqında şeirlər, Əməkdar artist Firuz Səxavətin ifasında muğam parçaları səsləndirilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi