Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
259

Faciən unudulmazdır, Xocalı

25 fevral 2020-ci il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yasamal rayonunda yerləşən N.Tusi adına gimnaziyanın müəllim və şagirdləri, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Gülnarə Ələsgərova açıb. O, Azərbaycanın faciələrinin gənc nəslin yaddaşından  silinməməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. N.Tusi adına məktəbin tarix müəllimi Vaqif Qazıyev tədbir iştirakçılarına Xocalı faciəsinin dəhşətlərindən danışıb. Belə faciələrin təkrar olunmaması üçün Azərbaycan gənclərini əlbir olmağa, ayıq olmağa səsləyib. “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin şagirdləri İsmayılova Fatimə, Əliyev Mətləbxan, Qasımlı Nurəli, Mikayıllı Esmira və başqaları Azərbaycan şairlərinin vətənpərvər şeirlərini söyləyiblər.

Sonra Şuşa məktəbinin şagirdi Temirova Fəridə royalda Azərbaycanın himnini ifa edib.

Tədbirdən sonra iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış olublar.

XƏBƏRLƏR

30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki