Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilmişdir. Festivalda regional musiqi və xalq yaradıcılığı kollektivləri, eləcə də tanınmış müğənnilər iştirak etmişlər.
Bayram günləri çərçivəsində meydanda təşkil edilmiş yarmarkaya qatılan xarici turistlər və yerli sakinlər ölkəmizin milli mətbəxi, sənətkarlıq nümunələri ilə yaxından tanış olmuş, əl işləri sərgilərində iştirak etmişlər.
Festival zamanı Fəvvarələr meydanı paytaxt sakinlərinin və turistlərin öz asudə vaxtlarını əsl bayram əhvalında, daha əyləncəli şəkildə keçirmələri üçün əvəzsiz məkana çevrilmişdir.
Diqqətinizə çatdıraq ki, Novruz festivalı martın 25-dək davam edəcək.