15.01.2018 03:13
“Fidan və Qoğal” tamaşasında dəcəl qızcığaz Fidan nənəsinin ona bişirdiyi Qoğalın başına gələn əhvalatları izləyir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara nəsihətamiz fikirlər aşılanır.
YARAT Freestyle və Bakı Uşaq Teatrı "Fidan və Qoğal" tamaşasını təqdim etdi. Bu artıq Yarat Müasir İncəsənət Mərkəzində Bakı Uşaq Teatrının ikinci tamaşasıdır. İlk dəfə dekabr ayında böyüklər üçün “Günahsız Günahkar” tamaşası nümayiş olunmuşdur.
“Fidan və Qoğal” tamaşasında dəcəl qızcığaz Fidan nənəsinin ona bişirdiyi Qoğalın başına gələn əhvalatları izləyir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara nəsihətamiz fikirlər aşılanır.
Müəllif Arzu Soltan, quruluşçu rejissor – İntiqam Soltan dır. Tamaşada rolları ifa edirlər: Fidan – Türkan Şahmarlı, Baba – Qurban Əhmədov, Qoğal – Günay Pirizadə, Nazbalınc – Könül Şahbazova, Yorğan – Rəfael Muradxanlı, Dovşan – Ədalət Ağaverdizadə, Ayı – Niyaz Qasımov, Tülkü – Cavanşir Məhərrəmov.