Formula 1 yarışlarının keçirildiyi müddət ərzində “Baku City Tour” turistik avtobusların müvəqqəti fəaliyyəti dayandırılır
718
18.04.2018
18.04.2018 03:09
Bakı Turizm İnformasiya Mərkəzi 23 aprel-01 may 2018-ci il tarixlərində Formula 1 yarışlarının keçirildiyi müddət ərzində əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq “Baku City Tour” turistik avtobuslarin müvəqqəti fəaliyyəti dayandırılır. Eynı zamanda Sprinter turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”-na ekskursiyalar təşkil ediləcək.
Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12) 498 12 44 və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.