Füzuli Dövlət Dram Teatrı Ağcabədidə yerləşən"N" saylı hərbi hissədə açıq qapı tədbirində iştirak edib.
1766
18.03.2019
18.03.2019 02:40
Füzuli Dövlət Dram Teatrı Novruz bayramı ilə əlaqədar "Könlüm bahar istəyir" adlı silsilə bayram tədbirlərinin davamı olaraq bu dəfə Ağcabədi rayon "N" saylı hərbi hissədə açıq qapı tədbirində iştirak edib. Konsert proqramına daxil olan Kosa ve keçəlin bayram sərgüzəştləri, aparıcıların bayram təbrikləri, teatrın aktyorlarının ifasında bayram və hərbi-vətənpərvərlik ruhlu mahnılar və rəqslər, el ağsaqqalı Dədə Qorqudun bayram xeyir-duası hərbi hissənin şəxsi heyətində, gələn qonaqlarda, əsgər ailələrində xoş əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar tədbirlər mart ayının 20-dək davam edəcək.