11.10.2018 04:31
Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar Füzuli Dövlət Dram Teatrı Füzuli, Beyləqan və Ağcabədi istiqamətində yerləşən "N” saylı hərbi hissələrdə çıxışlarına start verib.
Proqramda teatrın repertuarındakı tamaşalardan parçalar, ordumuzun şanlı tarixini əks etdirən və əsgər həyatına həsr olunmuş şeir və çıxışlar, həmçinin aktyor və aktrisaların ifasında hərbi-vətənpərvərlik mahnıları yer tutur.
10-11 oktyabr tarixində silsilə tədbirlərin davamı olaraq Dram Teatrı Beyləqan və Ağcabədi rayonlarında yerləşən hərbi hissələrdə olub.
Müdafiə Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə teatrın bu addımı yüksək qiymətləndirilib və teatr hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.