19.07.2019 08:42
F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Gəlin, birgə oxuyaq” adlı layihədə iştirak etməyə dəvət edir.
Layihə cari ilin sentyabrın 1-nə kimi davam edəcək.
Layihənin şərtlərinə görə uşaq və yeniyetmələr, oxuduqları kitabın “book trailer”, yəni 3 dəqiqəlik videoçarxını hazırlamalıdırlar.
Hazırlanmış videoçarxlar, izləyicilər tərəfindən qiymətləndiriləcək.
Layihədə iştirak edəcək uşaq və yeniyetmələrə kitabxana tərəfindən kitablar hədiyyə ediləcək.