Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1771

Gənc musiqiçilər Agdaş şəhərində maraqlı konsert proqramı ilə çıxış ediblər

Noyabrın 11-də Şəki Regional Mədəniyyət İdarəsinin şəbəkəsində fəaliyyət göstərən Şəki şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin, Zaqatala və Qax rayonlarının mədəniyyət evlərinin  istedadlı şagird və müəllimləri Ağdaş Regional Mədəniyyət İdarəsinin kollektivi qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Konsert Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunub.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlamışdır. Çıxışdan sonra konsert proqramı təqdim olunub. Konsert zamanı Anar Həsənovun ifasında “Ağdaşım”, “Şəki”, “Həyatımın qadını”, “Kəpənək”, “Baladadaşın ilk məhəbbəti” filmindən mahnı, “Aşqın vurduğu yerdə”, Pərviz Qəniyevin ifasında “Əsli Kərəm sevgisi”, “Səndən nigaranam”, “Çıx yaşıl düzə”, Murad Abduləzizovun ifasında “Bakının qara gözlü qızları”, “Ax, eto devuşka”, “Ədalətin bumu dünya” musiqiləri səsləndirilib. Zaqatala rayon Danaçı kənd folklor evinin “Alazan” rəqs qrupu “bersina yas (gözəl qız)” rəqsini, Qax rayon Əlibəyli kənd mədəniyyət evinin “İmedi” rəqs qrupu isə gürcü rəqsini ifa edib.

Sonda Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı Xatirə Səlimli çıxış edərək konsertin yüksək səviyyədə təşkil olunduğu üçün təşkilatçılara və musiqiçilərə təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində ugurlar arzulayıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb