16.11.2018 02:28
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Rüfət Kərimzadənin “Qurd” kinolayihəsi 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilmiş film platformasının beynəlxalq ssenarilərin inkişafına dəstək mükafatını qazanıb.
Film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə baş tutub.