Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3742

Gəncədə “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa təşkil olunub

8 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA Fəlsəfə İnstitutunun iştirakı ilə Gəncə Dövlət Universitetinin “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa keçirilmişdir. Tədbir ölkədə multikultural ənənələrin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş şəkildə təbliğ olunması məqsədi daşıyır.

Tədbiri Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə açaraq bu cür tədbirlərin keçirilməsinin vacibliyi və əhəmiyyətindən danışmışdır.

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Mərkəzin gördüyü işlərdən, multikulturalizmə aid tədbirlərdən bəhs etmişdir. Sonra Mərkəzin şöbə müdiri Nurəddin Babayev çıxış edərək, multikulturalizm siyasətinin əhəmiyyətindən, ənənələrindən bəhs etmiş, Gəncənin ən böyük multikultural şəhərlərdən biri olmasından danışmışdır.

AMEA Fəlsəfə İnstitutu tərəfindən böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Multikulturalizm - sülh və həmrəyliyin paradiqmasıdır” adlı məruzəsində multikulturalizm və dialoq fəlsəfəsi haqqında çıxış etmişdir.

Dəyirmi masada Gəncə Dövlət Universiteti tərəfindən Sosial fənlər kafedrasının müdiri, dosent Asim Məmmədov çıxış edərək tolerantlığın dövlət siyasəti olduğundan söz açmış, qeyd etmişdir ki, tolerantlıq, çoxmədəniyyətçilik universitet tələbələrinin də marağına səbəb olmuşdur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli tələbələrə imtahanlarda bugünkü tədbirin tezislərindən istifadə edilməsini məsləhət görmüşdür. Mərkəzin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Üzəyir Babakişiyev vurğuladı ki, multikulturalizm sabitliyin əsasıdır. Həmçinin, dəyirmi masada Mərkəzin şöbə müdirləri Yadigar Məmmədli,  Məzahir Qarayev,  Sənan Talıbov iştirak etmişlər.

Tədbir çərçivəsində Azərbaycan multikulturalizm ənənələrinə həsr olunmuş rəsm sərgisi və klassik musiqi konserti təşkil olunmuşdur.

Sonda Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev iştirakçılara təşəkkürünü bildirərək qeyd etdi ki,  Mədəniyyət Nazirliyi tərəfindən dörd dəfə Mədəniyyətlərarası dialoq forumu, milli azlıqların folklor festivalı təşkil olunmuşdur. 

Sonda Gəncə Dövlət Universiteti Mərkəz tərəfindən Fəxri diplomla təltif olunmuşdur.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib