Görkəmli bəstəkar Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək
926
21.02.2018
21.02.2018 03:51
22 fevral 2018-ci il tarixində saat 17:00
-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında görkəmli bəstəkar Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək.Konsertdə Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri bəstəkarın əsərlərindən ibarət olan musiqi proqramı ilə çıxış edəcək. Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Bağır Babayev, Gülarə Ramazanova, Əli Məmmədli, Rəşad Həsənzadə, Atlas Mehdiyeva, Mehriban Quliyeva, Solmaz Rəhimova, Kamran Səmədov, Vəlimməməd Salayev və Sabir Ağayevdir.