Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1859

Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev 2019-cu il dekabrın 10-da ömrünün 82-ci ilində vəfat etmişdir.

Yalçın Əfəndiyev 1937-ci il iyul ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Bakıdakı 6 nömrəli məktəbdə orta təhsil alan sənətkar 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rejissorluq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1960-cı ildə başlayan Y.Əfəndiyev 1966-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmış, 1983-1986-cı illərdə kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri vəzifələrində işləmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Y.Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir.

Azərbaycan kinorejissorluq məktəbinin görkəmli nümayəndəsi Yalçın Əfəndiyev milli kinematoqrafiyamızın inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır.

Onun özünəməxsus yaradıcılığı Azərbaycanın zəngin kino sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Dünya kino irsinin nailiyyətlərindən uğurla bəhrələnərək ayrı-ayrı illərdə yaratdığı qiymətli ekran əsərləri Y.Əfəndiyevə şöhrət qazandırmışdır.  Y.Əfəndiyevin Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən filmləri öz kinematoqrafik zənginliyi, ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət etmiş, milli kinematoqrafiyanın təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilmişdir.

Rejissorun Azərbaycan kinematoqrafiyasının inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, “Azərbaycan Komsomolu mükafatı” ilə təltif olunmuşdur.

Görkəmli kinorejissor, gözəl pedaqoq və səmimi insan Yalçın Heydər oğlu Əfəndiyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi