Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1579

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

İyulun 17-də Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sisteminin açılış mərasimi keçirilib.

Göygöl Regional Muzeyində gerçəkləşən tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab və Berlin Humbolt Universitetinin professoru xanım Eva Maria Aux iştirak edib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Göygöldə səyahət-yol nişanları sistemimin yaradılması istiqamətində göstərdikləri xoşməramlı fəaliyyətə görə Almaniyanın Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan və alman xalqları hələ iki əsr öncə sülh və dostluq şəraitində birgəyaşamın modelini yaradaraq, ümumbəşəri tolerantlıq anlayışına töhfələr veriblər: “200 il əvvəl Şərqə, Cənubi Qafqaza üz tutmuş alman icmasının ölkəmizdəki tarixi-mədəni izlərinin qorunub saxlanılması və tanıdılması məqsədilə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bir sıra işlər həyata keçirilib. Bu gün multikultural mədəni irsimizin önəmli bir hissəsi kimi Azərbaycandakı alman izlərinin qorunub saxlanılması və təbliği istiqamətində növbəti uğurlu addım atılır”.

Nazir müavini Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli sərəncamını xatırladıb. Qeyd edib ki, sərəncamın icrası ilə əlaqədar çoxsaylı tədbirlər gerçəkləşib. O cümlədən Göygöl şəhərində alman icmasının sonuncu nümayəndəsi olmuş Viktor Klayının yaşadığı evdə muzey təşkil edilib, muzeyin sahəsi genişləndirilib, bərpa və konservasiya işləri həyata keçirilib. Eyni zamanda Forerlərin yaşadığı evdə Göygöl Tarix-Diyarşünaslıq muzeyi təşkil olunub, bərpa-konservasiya və tərtibat işləri görülüb. Yubileylə əlaqədar sərgilər təşkil olunub.

Həmçinin Cənubi Qafqazda alman icmasının məskunlaşmasının (1817) 200 illiyi Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə UNESCO-nun yubileylər proqramına salınıb, UNESCO səviyyəsində də tədbirlər keçirilib.

Rafiq Bayramov sonda bir daha qarşılıqlı maraq və birgə səylər nəticəsində iki ölkə arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Azərbaycanda alman mədəni irsinə göstərilən diqqət və qayğıdan danışıb. Turistik Məlumat İdarəetmə Sisteminin açılışının əhəmiyyətindən danışan səfir bildirib ki, iki ölkə arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm əlaqələr var.  Bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək bildirib ki, iki dövlət arasındakı tarixi dostluq ənənələrinin davam etdirilməsi nəticəsində almanların Azərbaycandakı evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri, digər alman memarlıq nümunələri olan tikililəri qorunub saxlanmaqdadır.

Daha sonra Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyətin qorunması proqramı əsasında Göygöl şəhərinin tarixini turistik olaraq cəlbedici etmək üçün hazırlanmış yol nişanları, məlumat lövhələri və stendlərin qurulması konseptinə baxış olub.

İdarəetmə sisteminin xanım Eva Maria Aux tərəfindən təqdimatından sonra seçilmiş lövhə və stendlərin açılışı ilə əlaqədar gəzinti təşkil olunub.

Daha sonra Göygöl şəhərindəki lüteran kilsəsində “Azərbaycan memarlığında alman irsi” kitabının təqdimatı keçirilib. Müəllif Elçin Əliyev tərəfindən imzalanmış kitablar qonaqlara kitablar hədiyyə edilib.

Qeyd edək ki, iki əsr əvvəl Azərbaycana gələn almanlar Helenendorf koloniyasını (indiki Göygöl şəhəri) yaradıblar. Sonralar alman icması daha da böyüyüb və yeni yaşayış məskənləri yaradılıb. 1941-ci ilin avqustunda Stalin rejiminin qərarı ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycan SSR ərazisində yaşayan alman vətəndaşlar Mərkəzi Asiyaya sürgün olunub.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib