Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3503

“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinin yekun sərgisi

İyunun 12-də Bakıdakı 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzində “Gözəlliyi və mədəni irsi qovuşdur” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirildi.

Tədbirdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Firuzə Sultanzadə çıxış edərək bildirdi ki, nazirliyin və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, “Rəsm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arasında 22 aprel – Yer gününə (Earth Day) həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə keçirilən müsabiqədə 6-16 yaşında uşaqlar iştirak edib. Uşaq-Gənclər İnkişaf Mərkəzində Yer günü ilə əlaqədar məktəblilərlə açıq dərs və müzakirələr keçirilib. Bir ay davam edən müsabiqəyə Azərbaycanın hər guşəsindən uşaqların çəkdiyi rəsmlər təqdim edilib.

“Rəsm” zərgərlik evinin rəhbəri Rəsminə Qürbətova müsabiqənin keçirilməsinin məqsədini açıqladı. Diqqətə çatdırdı ki, milli irsi paylaşmaq, gənc nəslə təbliğ etmək məqsədilə təşkil edilən müsabiqə milli naxışların uşaqlara tanıdılmasına, onların düşüncəsində milliliyin təcəssümünə xidmət edir. O, balaca rəssamlara milli mədəni irsimizin dərindən öyrədilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, müsabiqəyə 420 rəsm təqdim edilib. Onlardan 60-ı sərgi üçün seçilib.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Yer gününə həsr edilən müsabiqəni əlamətdar hadisə kimi dəyərləndirdi. Bildirdi ki, müsabiqə nəticəsində uşaqlar ətraf mühitə, həyata baxışlarını və milli dəyərlərə münasibətlərini nümayiş etdirmək imkanı qazandılar.

Çıxışlardan sonra 3 yaş kateqoriyasında (6-8, 9-12, 13-16) I, II və III yerin sahiblərinə diplom və hədiyyələr təqdim edildi. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar verildi.

Sonra qonaqlar müsabiqəyə təqdim edilən əsərlərdən ibarət geniş sərgi ilə tanış oldular.

Qeyd edək ki, layihənin təşkilatçısı “Rəsm” brendi zinət əşyalarında qədim Azərbaycan naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Onun məmulatları sadəcə dəbli aksesuar deyil, eyni zamanda Azərbaycanın mədəniyyəti, ənənələri ilə əlaqə yaradır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi