Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1223

“Günlərdən ŞEİR” adlı layihənin növbəti tədbiri həyata keçirilmişdir

İyul ayının 14-ü saat 15:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM təşkilatı, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının Günlərdən ŞEİRadlı birgə layihəsinin növbəti tədbiri həyata keçirilmişdir.

Tədbirin qonağı Rusiyada yaşayan dəyərli şairimiz Nəsib Nəbioğlu, onun qonağı isə Ədəbiyyat qəzetinin baş redaktor müavini şair Adil Cəmil olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru professor KərimTahirov açaraq qonaqları salamlamış, layihə haqqında qısa məlumat vermişdir.

Sonra söz 37 ildir Moskva şəhərində yaşayan Kəlbəcərli şair Nəsib Nəbioğluna verilmiş, şair “Nənəmin cəhrəsi”, “Qəlbimin şəhəri”, “Qonşu qız”, “Bir əlim tanrının ətəyindədir”, “Balaca çoban” və “Azərbaycan əsgərinə” adlı şeirlərini oxumuşdur.

Şair Adil Cəmil isə Nəsib müəllimin yaradıcılığından, şeirə verilən dəyərdən, şair olmağın çətinliyindən danışmış, öz şeirlərini səsləndirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bu unikal layihənin əhəmiyyətini vurğulamış, “Qonaq dərdim” və Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Zəhraya həsr etdiyi şeirini səsləndirmişdir.

Böyük ədəbiyyatşünas alim Qəzənfər Paşayev də tədbirə qatılmış, Nəsib Nəbioğlunun yaradıcılığı haqqında müsbət fikirlərini dilə gətirmiş, layihəni yüksək qiymətləndirmişdir.

Sonda Milli Kitabxananın direktoru professor KərimTahirov qonaqlara gəldikləri üçün təşəkkürünü bildirmiş, hər həftə növbəti maraqlı poeziya günlərinin keçiriləcəyini vurğulamışdır.

XƏBƏRLƏR

24.04.2018 15:08
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi
24.04.2018 09:10
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.04.2018 15:20
Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22.04.2018 16:39
Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
20.04.2018 12:16
“Avtoportret” sənədli filminin təqdimatı keçirildi
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”