Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1745

Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar beynəlxalq əlaqələrin  gücləndirilməsinə, digər xarici ölkə  teatrları  ilə təcrübə mübadiləsinə xüsusi önəm verir. Bu da heç şübhəsiz, truppanın yaradıcılıq imkanlarının güclənməsinə, eyni zamanda  doğma şəhərimizin  layiqli  təbliğinə rəvac verir. Elə bu məqsədlə Gürcüstan Respublikasından  gəlmiş qonaqların  da niyyəti yaradıcılıq  imkanlarını genişləndirməkdir.

Qonaqlar- Gürcüstan Respublikası Teatr Xadimləri Cəmiyətinin sədri, Gürcüstan Mədəniyyət nazirinin müşaviri Georgi Geqoçkori və Lado Mesxişvili adına  Kutaisi  Dövlət Peşəkar  Dram Teatrının  bədii rəhbəri Konstantin Abaşidze  teatrın direktoru  Əməkdar artist Mübariz Həmidovla görüşdükdən sonra  truppa üzvləri  və sənət ocağındakı şəraitlə tanış oldular.  Məlumat üçün bildirək ki,  Kutaisi Peşəkar Dram və Sumqayıt Dövlət Dram  Teatrları rəhbərləri qarşılıqlı yaradıcılıq əlaqələri yaratmaq və  onu inkişaf etdirmək  məqsədi ilə  memorondum  imzalamışlar.

Əldə olunan razılığa və memorondumun şərtlərinə  əsasən iki ölkə teatrları arasında mədəni yaradıcılıq əlaqələri ildə bir dəfə Sumqayıtda və Kutaisidə qastrol səfərləri, ümumi yaradıcılıq layihələrinin gerçəkləşdirilməsi, rejissor mübadiləsi və müştərək tamaşaların hazırlanması nəzərdə tutulur.  

 Müqaviləni Dumqayıt Dövlət Dram Teatrı adından teatrın direktoru Mübariz Həmidov,  Lado Mesxişvili adına  Kutaisi  Dövlət Peşəkar  Dram Teatrı adından teatrın bədii rəhbəri  Konstantin Abaşidze   imzalamışdır.

Daha sonra  Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi  Dövlət Peşəkar Dram Teatrı arasında  perspektiv  yaradıcılıq  əlaqələri  haqda geniş  müzakirə aparmışlar.

 

 

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib