Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda Milli Kino günü” ilə bağlı növbəti film nümayiş olundu
1517
20.10.2017
20.10.2017 04:44
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Kino günləri davam edir. Belə ki, 18 oktyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində "Əliyev Mədəniyyətinin hamisi Həqiqətin özü" sənədli filmi nümayiş olunmuşdur. Müxtəlif yaş qrupuna mənsub olan tamaşaçılar arasında məktəblilər və mədəniyyət işçiləri üstünlük təşkil etmişdir. İlk əvvəl uşaqları Mərkəzin direktoru Aytən Zülfəliyeva salamlamışdı və 18 oktyabr Azərbaycanın Müstəqillik günü münasibəti ilə ürəkdən təbrik etmişdir. Sonra film nümayiş olunmuşdur.
Təsadüfən mərkəzə gəlmiş “Ləziz macəra” verlişinin çəkiliş qrupu Mərkəzdə fəaliyyət göstərən xalça-toxuculuq, rəsm kursunu və o günə təsadüf edən Kino gününü xüsusi ilə lentə almışdılar.