Hacıqabulda Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul şəhər və Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəblərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Konsertdən əvvəl musiqi məktəbinin kollektivi şəhərdə yerləşən mədəniyyət müəssisələri - ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə, rayon Tarix-Diyarşünaslıq muzeyində, rayon mərkəzi kitabxanası ilə tanış olmuş və həmin müəssisələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat əldə etmişlər.
“Dostluq və əməkdaşlıq” çərçivəsində keçirilən tədbir şəhər Folklor klubunda davam etmişdir. Tədbiri Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rahib Məmmədov giriş sözü ilə açmışdır. Sonra çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elnur Əmiraslanov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətdən bəhs edərək hər iki məktəb kollektivinə uğurlar arzulamışdır.
Daha sonra hər iki məktəbin şagirdlərinin Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət ifaları dinlənilmişdir.