Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1513

Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub

Martın 7-də Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edilib.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi festivalın əhəmiyyətindən danışıb. Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açan rektor bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut etdi.

Siyavuş Kərimi bu gün Azərbaycan mədəniyyətinin böyük inkişaf yolunu keçdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verməkdədir.

Xalq Artisti muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasından danışıb. Bunun Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib: “Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür”.

O deyib ki, Azərbaycan Milli Konservatoriyasında martın 10-13-də beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq. Müsabiqə iştirakçılarını Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq. Konservatoriyada, həmçinin musiqi gecələrinin keçirilməsi də nəzərdə tutulub. Konsertlərdə “Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı görkəmli sənətçi və tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

Festival günlərində qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası təqdim olunacaq.

Xalq Artisti Siyavuş Kərimi qeyd edib ki, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova) və Bakı Xoreoqrafiya Akademiyasının balet truppasının (dirijor Fəxrəddin Kərimov) ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub.

XƏBƏRLƏR

18.09.2018 18:30
Musiqinin müxtəlif janrlarında şah əsərlər yaradan dahi bəstəkar
18.09.2018 17:45
Ağdaşda Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
18.09.2018 17:40
Milli Kitabxanada “18 sentyabr - Milli musiqi günü” adlı geniş kitab sərgisinin açılışı keçirilmişdir
18.09.2018 14:51
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
17.09.2018 19:03
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirildi
17.09.2018 14:19
Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb
17.09.2018 12:45
Moskvada 22 sentyabr 2018-ci il tarixində P.İ.Çaykovski adına konsert zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcəkdir
17.09.2018 12:19
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı zəngindir
17.09.2018 11:36
Azərbaycan Respublikası mədəniyyət nazirinin Qusar şəhərində keçiriləcək növbəti qəbul vaxtı 25 sentyabr tarixinə dəyişdirilmişdir
17.09.2018 09:14
Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb
17.09.2018 09:13
Yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələr təqdim edilib
17.09.2018 00:00
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb
14.09.2018 18:48
Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi
14.09.2018 15:34
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi
14.09.2018 15:10
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı
14.09.2018 09:12
İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi
14.09.2018 09:10
Xalq artisti Arif Məlikova
13.09.2018 18:46
Əbülfəs Qarayev İndoneziyanın mədəniyyət və təhsil nazirinin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb
13.09.2018 16:08
Nazir Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin kollektivini təbrik etdi
13.09.2018 10:11
Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının gələcəkdə birgə əməkdaşlığı məqsədilə görüş
13.09.2018 09:09
Ölkəmiz Böyük Britaniyada "Unlimited" simpoziumunda təmsil olunub
12.09.2018 18:44
Bakıda İndoneziyanın müstəqilliyinin 73-cü ildönümü qeyd edilib
12.09.2018 12:16
Daşkənddə Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konserti keçirilib
11.09.2018 17:13
Kukla Teatrının yeni mövsümü
11.09.2018 15:10
ICOM Azərbaycan Milli Komitəsi Braziliya Milli Muzeyinin direktoruna məktub ünvanlayıb
11.09.2018 15:07
Azərbaycanlı muğam ifaçıları Özbəkistanda keçirilən Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görüldülər
11.09.2018 14:53
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı
11.09.2018 10:43
Mədəniyyət Nazirliyi “Birpərdəli pyeslər” müsabiqəsini elan edir
11.09.2018 09:33
“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
10.09.2018 16:50
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbuluna start verildi
10.09.2018 09:42
Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Meydan Tamaşaları Festivalından qayıdıb
08.09.2018 14:58
Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək
08.09.2018 14:56
Azərbaycan Aşıqlar Birliyinin növbəti layihəsinin təqdimatı olub
07.09.2018 17:30
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq teatr festivalında təmsil edəcək
07.09.2018 09:15
Özbəkistanda keçirilən beynəlxalq muğam sənəti forumunda ölkəmiz də təmsil olunur. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir