Heydər Əliyev Sarayında “Bir ömrə bərabər məktəb illəri” adlı konsert proqramı keçiriləcək
1461
19.09.2017
19.09.2017 12:27
Heydər Əliyev Sarayında 2017-ci ilin oktyabrın 8-də “Bir ömrə bərabər məktəb illəri” adlı musiqili-əyləncəli konsert proqramı təqdim olunacaq. Uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, vətənpərvərlik mövzusunda mahnılar və şeirlər, muğam və aşıq ifaları, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir.
Saat 13:00 –da başlayacaq konsertin biletlərini www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30