Heydər Əliyev Sarayında Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti keçiriləcək
2282
18.06.2019
18.06.2019 10:48
İyulun 5-də Heydər Əliyev Sarayında
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçiriləcək.Ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur. Gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndiriləcək.
Saat 20:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür.
Əlaqə telefonu: (012) 441-21-31