Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2090

Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası nümayiş olunub

Oktyabrın 27-də Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası nümayiş olunub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq yazılan “Səyyah Sindibad” əsərinin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən biri olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb. Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, çex dillərində mətnlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri yer alıb. Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış ediblər. Tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa ediblər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyevaya, Azad Hacıyevə, Rafael Hüseynova, Alessandro Milaniyə, İosef Sladekə, Şəmsi Qacara, Nikolay Qumelyova və başqalarına məxsusdur. Musiqinin bütün janrlarının yer aldığı 1 saat 40 dəqiqəlik əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. Dəfələrlə nüfuzlu vokal müsabiqələrinin qalibi, dramatik tenor Rizvan Sədirxanov İtaliyada musiqi akademiyasında təhsil alıb. Akademiyanı bitirdikdən sonra müxtəlif ölkələrdən olan məzunlar arasından seçilərək İtaliyada Benyamin Cili adına nüfuzlu tenorlar müsabiqəsində iştirak etmək hüququ qazanıb. O, mötəbər müsabiqədə ən yaxşı iştirakçı kimi qəbul olunub və xüsusi mükafata layiq görülüb. Rizvan Sədirxanova mükafatı XX əsrin böyük tenoru, dünya opera sənətinin ulduzu Franko Korelli şəxsən təqdim edib. Rizvan Sədirxanovun Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin inciləri, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb.

İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, irimiqyaslı digər musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub. Müxtəlif illərdə Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli və başqa görkəmli müğənnilərlə eyni səhnədə çıxış edib.

Rizvan Sədirxanovun Azərbaycan və xarici ölkələrdən olan tələbələri dünyanın məşhur musiqi akademiyalarında təhsil alır və opera səhnələrində çıxış edirlər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi