“IFLA Metadata Newsletter” nəşrində Azərbaycan Milli Kitabxanası haqqında məqalə verilib
1647
08.07.2020
08.07.2020 02:38
Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının (İFLA) biblioqrafiya bölməsinin “IFLA Metadata Newsletter” 2020-ci il iyun buraxılışında Azərbaycan Milli Kitabxanasının COVID-19 pandemiyası dövründə fəaliyyəti haqqında məqalə verilib.
Məqalədə koronavirus pandemiyası dövründə, xüsusi karantin rejimində Azərbaycan Milli Kitabxanasında kitabxana-informasiya xidmətinin onlayn rejimdə təşkilindən, metodik fəaliyyətindən, MDB ölkələrinin və bir sıra dünya ölkələrinin Milli Kitabxanalarının iştirakı ilə keçirilən Beynəlxalq Kitabxana telekonfranslarında Azərbaycan Milli Kitabxanasının iştirakından və istifadəçilərin informasiya tələbatının ödənilməsi məqsədilə həyata keçirdiyi Elektron layihələrdən bəhs edilir.