Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
681

Hüseynqulu Sarabski 140 illik yubileyi qeyd olunub

Noyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş "Qəlblərdə yaşayan sənətkar" adlı tədbir keçirilib.

Sənətkarın adını daşıyan Mədəniyyət evinin kollektivi tədbirin açılışında Hüseynqulu Sarabskinin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edib.  Mədəniyyət evinin kollektivinin Xalq artistinin fəxri xiyabanda məzarını ziyarət etməsi, məzarı üzərində Məcnun obrazından bir parça muğam və qəzəl ifa olunmasını əks etdirən videoçarx təqdim olunub.

Tədbirdə Hüseynqulu Sarabskinin ifasında "Qalalı" mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova "Leyli və Məcnun" operasından məktəb səhnəsini ifa ediblər.

Mədəniyyət evinin xalq teatr kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, Leyli və Məcnun operasından səhnəcik təqdim olunub.

Sonda muğam ifaçıları, xalq teatr kollektivinin üzvləri fəxri fərmanla təltif edilib.

XƏBƏRLƏR

18.02.2020 17:18
Beşinci Buktreyler Festivalı. Buktreyler hansı tələblərə cavab verməlidir?
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir