Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3206

III Respublika Xalq Teatrları Festivalının növbəti mərhələsi İsmayıllıda keçirilmişdir

Azərbaycanda xalq yaradıcılığının inkişafı, qorunması və təbliğinə dəstək məqsədilə nazirlikdə “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı” hazırlanmış və təsdiq edilmişdir. Həmin fəaliyyət planında xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün sistemli işlərin, o cümlədən festival, müsabiqə, forum və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Hazırda respublikanın paytaxt və regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı fəaliyyət göstərir. Bu teatrlarda milli dramaturgiyanın parlaq əsərləri ilə yanaşı xarici müəlliflərin də bir sıra əsərləri hazırlanıb tamaşaçılara təqdim edilir. Teatrların repertuarında vətənpərvərlik, Qarabağ mövzuları xüsusi yer tutur.

“Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq İsmayıllı rayonunda III Respublika Xalq Teatrları Festivalının növbəti mərhələsi keçirilmişdir. Festivalın seçim mərhələsində İsmayıllı, Şəki və Ağdaş regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak etmişdir.

İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə ilk olaraq İsmayıllı rayon Mədəniyyət evinin Xalq teatrı “rejissor Tofiq Babazadənin quruluşunda “Əsgər papağı” tamaşası ilə çıxış etdi. Ssenarinin mövzusu vətənpərvərlik hissləri, ermənilərin xalqımıza qarşı törətdiyi vandalizmin ictimaiyyətə bir daha xatırladılması, qisas hissi, eyni zamanda tezliklə vətən torpağının işğaldan azad olmasına köklənmiş qələbə ruhu idi. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov məlumat verdi ki, xalq teatrı mütəmadi olaraq kütləvi-mədəni tədbirlərdə, hərbi hissələrdə vətənpərvərlik mövzulu tamaşalarla çıxış edir. Onların hazırladıqları kukla tamaşaları uşaqların sevimli əyləncə tədbirlərinə çevrilmişdir.

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin Xalq teatrı tərəfindən Şixəli Qurbanovun “Olmadı elə, oldu belə” tamaşa (ixtisarla 35 dəqiqə) nümayiş etdirildi. Quruluşçu rejissorun Jalə Abdullayeva olduğu tamaşa komediya janrının klassik nümunələrindən sayılır.

Seçim mərhələsi çərçivəsində Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı M.S. Ordubadi və S.Rüstəmin “Beş manatlıq gəlin” tamaşasını nümayiş etdirdi. Rejissor Bayram Qurbanovun quruluşunda səhnələşdirilmiş tamaşa münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi.  Məlumat üçün bildirildi ki, xalq teatrı 2017-ci ildə keçirilmiş II Respublika Xalq Teatrları Festivalında ikinci yerə layiq görülmüşdür.

Qax rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı ikipərdəli “Saat hekayəsi” tamaşasını təqdim etdilər. Müasir dramaturgiyanın məhsulu olaraq peşəkar səviyyədə quruluş verilmiş formatda hazırlanmışdı. Personajları ifa edən həvəskar aktyorlar münsiflər heyəti tərəfindən rəğbətlə qarşılandı. Qeyd edildi ki, xalq teatrının üzvləri əsasən mədəniyyət evləri, klublarında çalışan əməkdaşlardan, habelə müxtəlif peşə sahibləri olan həvəskar aktyor və aktrisalardan təşkil olunmuşdur.

Qəbələ rayon Mədəniyyət Mərkəzinin İ.B Qutqaşınlı Xalq Teatrı tərəfindən “Göyçək Fatma” tamaşası nümayiş edildi. Tamaşa qədim Azərbaycan nağılının səhnələşdirilməsi xalq teatrlarının repertuar zənginliyini göstərmiş oldu.

Qeyd edirik ki, Mədəniyyət Nazirliyin müvafiq əmri ilə festivalın seçim mərhələsində fərqlənən kollektivlərin Bakı şəhərində təşkil olunması planlaşdırılan final mərhələsinə dəvət edilməsi məqsədilə münsiflər heyəti - Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Loğman Kərimov sədr, nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov, Ədəbiyyat qəzetinin məsul katibi, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi, Kürdəmir, İsmayıllı, Ağstafa, Masallı, Sumqayıt regional mədəniyyət idarələrinin rəisləri üzvlər təyin edilmişlər.

III Respublika Xalq Teatrının İsmayıllıda keçirilmiş seçim mərhələsi çərçivəsində peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarına ustad dərsləri keçirilmişdir. Dərslərdə səhnə mədəniyyəti, jestlər, mimikalar, səsləndirmə və hərəkətlər izah edilmiş tamaşalara quruluş verilməsi zamanı xalq teatrlarının rejissorlarına müasir dövrün tələblərinin nəzərə alınması, etik qaydalar, tamaşaçıları ilə ünsiyyətin qurulması üçün cəhdlərin göstərilməsi tövsiyyə edilmişdir. Həmçinin, festival ərəfəsində oynanılan tamaşalarda görülən kiçik qüsurların düzəldilməsi üçün yanmaşma tərzləri izah edilmişdir. Ustad dərslərində iştirak edən xalq teatları kollektivlərin rejissor, bədii rəhbər və üzvləri həvəskar teatr kollektivlərinə  göstərilən qayğı və diqqətə, onların potensialının üzə çıxarılması üçün təşkil edilən festival, müsabiqələrə, həmçinin peşəkarlıqlarının artırılması üçün dəstəyə, ustad dərslərinə görə təşəkkürlərini bildirmişlər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb