Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2120

Kaliforniya ştatının San Fransisko şəhərində fəaliyət göstərən “İnternet Arxivi” kitabxanasının müdiri Bryuster Keyl Milli Kitabxanada olmuşdur

Mart ayının 15-də ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində fəaliyət göstərən “İnternet Arxivi” kitabxanasının müdiri Bryuster Keyl Milli Kitabxanada olmuşdur.

Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavinin Ədibə İsmayılova da iştirak etmişdir. İnternet Arxivi haqqında məlumat verən cənab Bryuster Keyl kitabxananın internet səhifəsində təxminən 11 milyon kitab, 4 milyon səs yazısı və 3 milyon video olduğunu bildirmişdir. Qonaq həyata keçirdikləri rəqəmsallaşdırma layihəsi haqqında ətraflı məlumat vermiş, Fransa Milli Kitabxansı, İtaliya Milli Kitabxanası, Britaniya Kitabxanası, Konqres Kitabxanası və dünyanın bir sıra tanınmış kitabxanaları ilə kitabların rəqəmsallaşdırılması üzrə əməkdaşlıq etdiklərini bildirmişdir. 20 ildən çoxdur ki,  fəaliyyət göstərən kitabxanada gün ərzində təxminən 1000 ədəd kitabın rəqəmsallaşdırıldığını vurğulayan cənab Bryuster Keyl Azərbaycan Milli Kitabxanası ilə də əməkdaşlıq etmə barədə təklif irəli sürmüşdür.

Direktor Kərim Tahirov ilk növbədə qonağa öz təşəkkürünü bildirmiş və təklif haqqında düşünəcəklərini, bu barədə qərarını daha sonra bildirəcəyini qeyd etmişdir. Kərim Tahirov həmçinin Milli Kitabxanada da rəqəmsallaşdırma prosesinin aparıldığını, təxminən 30000 qramofon valının rəqəmsallaşdırılaraq CD disklərə köçürüldüyünü və Kitabxananın serverində yerləşdirildiyini  vurğulamışdır. Direktor həmçinin Petruçi Musiqi Kitabxanası ilə olan əməkdaşlığımız haqqında məlumat vermiş və dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruçi Musiqi Kitabxanası  (IMSLP) saytında yerləşdirildiyini bildirmişdir. Bu kimi əsərlərin dünyanın məşhur veb səhifələrində yerləşdirilməsinin mədəni irsimizin dünyada tanıdılmasında böyük rolu olduğunu qeyd etmişdir.

Qonaq daha sonra Milli Kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsini və Nadir kitablar və kitabxana muzeyi şöbəsini ziyarət etmiş və kitabxana haqqında müsbət fikirlərini bölüşmüşdür. Qonaq həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana ilə də tanış olmuş və bu layihənin çox kreativ və əhəmiyyətli bir layihə olduğunu xüsusilə vurğulamışdır.

Daha sonra Milli Kitabxananın direktoru profesor Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində) və “Azərbaycan mətbəxi” (ingilis dilində) kitablarının hədiyyə etmişdir.

Sonda qonaqla birgə xatirə şəkli çəkilmişdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb