14.11.2018 10:16
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 13 noyabr 2018-ci il tarixdə
Şəki, Gəncə şəhər, Qax, Ağcabədi, Göyçay, Səbail, Zərdab, Quba, Ucar, Astara, Ağdaş, Nəsimi, Qusar, Binəqədi, Nərimanov, Yasamal, Xətai rayon MKS- lərinin əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və Youtube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar” layihələrinə dair təşkil olunan növbəti treninq başladı. Beş gün davam edəcək treninqdə “Corel Draw” proqramında iş, “Kitabxanalarda tətbiq olunan müasir innovativ layihələr”, “AZLİBNET-ə düzgün ədəbiyyatın seçilməsi , təhlükəsizlik məsələləri, müəllif hüquqları”, “ALİSA proqramı, kitab və dövri mətbuatın proqrama daxil edilməsi, oxucuların qeydiyyatı”, “Türkdilli dövlətlərdə müasir kitabxana xidməti”, “Elektron kitablar, audio kitablar, onların seçilməsi, onlar üzərində əməliyyatların aparılması” mövzularında məruzələr olacaqdır.Treninqin sonuncu günü iştirakçılara sertifikatlar veriləcəkdir.