Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1718

Kukla teatrı mövsümünü başa vurur

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurur. Yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da  başa çatacaq.

Həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı”  (saat 12 və 14.00 seanslarında) tamaşasına baxacaqlar.

Teatrsevərlərə və kollektivə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş günündə təntənəli mərasim də baş tutacaq. Belə ki, teatrın truppası və nəzdindəki  “Oyuq” tetar-studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri və ümumilikdə mövsümə nəzər xarakterli videoçarx nümayiş olunacaq.

Bu mövsüm teatrın uğurlarında əməyi olan, məhsuldar fəaliyyəti ilə yadda qalan kollektiv üzvləri və studiya fəallarından bir neçə şəxsə müxtəlif nominasiyalarda mükafat və diplomların təqdim olunması da nəzərdə tutulub.

Yeri gəlmişkən, qeyd etməliyik ki, yubiley mövsümündə bir sıra uğurlara imza atan teatrın kollektivi iki beynəlxalq festivaldan (XI Beynəlxalq “Muraveynik”  və  “Orteke” V Beynəlxalq Kukla Teatrları fesivalları) yüksək mükafatla qayıdıb.

Mövsüm ərzində teatr müxtəlif ideya və mövzularda 6 yeni tamaşa (teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda “Turp” və “Qırmızıpapaq”, Anar Məmmədovun quruluşunda “Pişiyin evi”, “Unudulmuş kukla”, “Yeni il nağılı” və rus bölməsi üçün nəzərdə tutulan  “Durna balığı”) hazırlayaraq teatrsevərlərin ixtiyarına verib.

Bundan başqa, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının baslaca aktyor-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin ifaçılıq nominasiyasında birincisi, autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikincisi seçiliblər. Ümumilikdə studiya il ərzində müxtəlif irimiqyaslı layihələri də uğurla reallaşdırmağa nail olub.

Teatrın mövsüm sonuna həsr olunmuş bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı şəkildə işıqlandırmağa yardımçı olan KİV nümayəndələri də təltif olunacaq. Belə ki, Milli Mətbuat  Günü ərəfəsində bir neçə media təmsilçisi “Teatrın dostu” mükafatı ilə təltif olunacaq. Onu da qeyd edək ki, bu miqyasda mükafatlandırma təşəbbüsünü də məhz bizim teatr gerçəkləşdirmiş olacaq.

XƏBƏRLƏR

25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib