Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1487

Kukla Teatrının direktoru beynəlxalq festivalda ölkəmizi təmsil edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə növbəti beynəlxalq sənət festivalından qayıdıb. O, ölkəmizi IX Monodram Tamaşalar Festivalında fəxri qonaq qismində təmsil edib.

Teatrların beynəlxalq əlaqələrinin genişləndirilməsi, yeni yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə səfər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyra əmirliyində iki ildən bir baş tutan bu sənət tədbiri III Əl-Füceyra İncəsənət Festivalı çərçivəsində keçirilib.

Əmirliyin Mədəniyyət və Media Müvəkkilliyinin təşkil etdiyi tədbir əsasən ərəb dövlətləri olmaqla, ümumilikdə, dünyanın müxtəlif ölkələrindəki teatr, musiqi, sənət adamlarını bir araya gətirir. Hər il öz əhatə dairəsini daha da genişləndirən sənət bayramında bu dəfə 60 ölkədən 600 nəfərdən çox iştirakçı öz yaradıcılıq imkanlarını nümayiş etdirib.

Festival çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı, seminarlar, forumlar, kitab təqdimatları, konsertlər də təşkil olunub.

Xatırladaq ki, festivalın təşkilində əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

Səfər təəssüratlarını bölüşən Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu kimi tədbirlərin fərqli mədəniyyətləri birləşdirən körpü olduğunu deyib: “Bu festivalda artıq üçüncü dəfədir iştirak edirdim. Qısa zamanda populyarlıq qazanan, ən fərqli sənət istiqamətlərini bir səhnədə birləşdirən bu tədbir də möhtəşəmliyi ilə diqqət çəkdi. Zəngin proqram, rəngarəng nümayişlər və nüfuzlu sənət adamlarını, teatr təmsilçilərini bir araya gətirməsi baxımından festival çox maraqlı və yaddaqalan oldu.

Qlobal mədəniyyət hərəkatında diqqətəlayiq töhfə olan, baxımlı yaradıcılıq məhsulları təqdim edən bu festivalın digər önəmli cəhəti ərəb dünyasının məşhur sənət adamlarını dünyaya tanıtmaqdır ki, hər dəfə onlardan birinin şərəfinə mükafat təsis edilir və qalib iştirakçılara təqdim olunur.

Hər bir festival kimi bu tədbir də bizim üçün yeni yaradıcılıq əlaqələrinin qurulması, qarşılıqlı təcrübə mübadiləsinin reallaşması və növbəti əməkdaşlıq üçün körpü rolunu oynayırdı. Mən də teatrımız adına bu fürsətdən maksimum istifadə etməyə çalışdım”.

Vyetnam, Hindistan və Tunisdən olan teatr təmsilçiləri ilə danışıqlar apardığını deyən R.Əhmədzadə müştərək layihələr üzərində işləyəcəklərini də əlavə edib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib