07.10.2019 10:42
Lənkəran Dövlət Dram Teatrının veb-saytı – https://lenkeranteatr.az yenilənərək istifadəyə verilib. Sayt yeni dizayn və son texnologiyaları dəstəkləyən sistemlə hazırlanıb. Gündəlik yenilənən saytda teatrın yaradıcı fəaliyyətini əks etdirən məlumatlar, fotolar, həyata keçirilən layihələr haqqında xəbərlər,teatrın tarixi, yaradıcı, bədii-texniki tərkibi, həmçinin bu sənət ocağında çalışmış və dünyasını dəyişmiş insanlar barədə yazılar yerləşdirilib.
Ziyarətçilər üçün saytda teatr tamaşaları barədə videoçarxları izləmək imkanı yaradılıb.