Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2822

Lənkəran Dövlət Universitetinin müəllim və tələbə kollektivi Azərbaycanın Dövlət Müstəqilliyi gününü Lənkəran teatrında qeyd ediblər

Azərbaycanın Dövlət Müstəqilliyi gününün  bayram sevincini Lənkəran Dövlət Universitetinin (LDU) müəllim və tələbələri birgə paylaşıblar. Lənkəran Dövlət Dram Teatrında  keçirilən bayram  tədbiri  Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb.

Rəsmi hissədə  LDU-nun  baş müəllimi Kamal Mahmudov Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı geniş məruzə edib.  18 Oktyabr tarixini  Azərbaycan xalqının  şərəf və şöhrət salnaməsi adlandıran, dünyada yaşayan onlarla xalqın  bu gün də müstəqil dövlətlərinin olmadığını, hər bir azərbaycanlı üçün müstəqil  Azərbaycan dövlətinin bayrağı altında yaşayıb işləməyin səadət olduğunu deyən  K. Mahmudov xalıqımızın azadlıq mücadiləsində üzləşdiyi çətinliklərdən, gərgin mübarizədən ətraflı  söz açıb, müstəqil dövlətimizin  keşiyində dayanmağı hər bir azərbaycanlının  şərəf işi adlandırıb, ən ali vətəndaşlıq borcu kimi dəyərləndirib.

Rəsmi hissədən sonra LDU-nun professor-müəllim və tələbə heyəti birgə  Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin“ iki hissəli komediyasına tamaşa ediblər. Respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi tamaşada əsas rolları əməkdar artistlər Sucəddin Mirzəyev, Adil Zeynalov, artistlərdən Səyad Əliyev, Təranə Fərəcova, Şəbnəm Hüseynova və başqaları ifa ediblər. Tamaşa  izləyicilər tərəfindən alqışlarla qarşılanıb və aktyorlara təzə-tər çiçəklər təqdim edilib.

 Sonda  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  maraqlı tamaşaya  və gözəl aktyor oyununa görə  teatrın kollektivinə minnətdarlığını bildirib.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb