Lənkəran MKS-nin Uşaq şöbəsində “Sən yay tətilini necə keçirirsən?” adlı tədbir keçirilmişdir
1838
31.07.2017
31.07.2017 04:42
Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxanasının Uşaq şöbəsində yay tətili ilə əlaqədar olaraq “Sən yay tətilini necə kecirirsən?" adı altında viktorina keçirilmişdir. Tədbiri Uşaq şöbəsinin müdiri Xuraman Quliyeva açaraq, tədbirin əhəmiyyətindən danışmışdır.
Sonra viktorinaya start verilmişdir. İştirakçılar komanda şəklində iştirak etmiş, sualları cavablandırmışlar. Tədbirdə şəhər 9, 10 saylı məktəblərin şagirdləri iştirak etmiş və qalib gələn məktəblilər hədiyyələrlə təltif olunmuşlar.