Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2127

Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayayıb

Lənkəran Dövlət Dram Teatrı özünün yeni mövsümünə ilk dəfə olaraq doğma  səhnədən kənarda-Biləsuvarda start verib. Sentyabrın 18-də Biləsuvar Rayon Mədəniyyət Mərkəzində çoxsaylı sənətsevərlərin iştirakı ilə keçən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari-128-ci mövsümdə qarşıda duran vəzifələrindən danışıb.

Qeyd olunub ki, ötən mövsüm yaradıcı kollektiv üçün ümumilikdə uğurlu keçib. Belə ki, 2017-ci ilin dekabr ayının 1-dən 6-dək teatr İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək, bu mötəbər sənət yarışmasında diplomla mükafatlandırılıb. Truppanın Lerik və Astara rayonlarında səfərləri də böyük maraqla qarşılanıb.

 Bildirilib ki ötən mövsümdə teatrda yeni - “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib.

Kollktivin həyatında daha bir əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2018-ci il tarixli Sərəncamı ilə teatrın aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” fəxri ada layiq görülməsi olub.

Hazırda teatrın rejissorları Adil Zeynalovun və Emil Əskərovun paralel olaraq iki səhnə əsərinin (başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!...” və Əjdər Olun “Meşəbəyinin dostları”) məşqlərini apardığını qeyd edən teatrın direktoru yeni mövsümdə sənətsevərlərə daha bir neçə maraqlı tamaşanın təqdim olunacağını, kollektivin həmçinin beynəlxalq teatr festivallarına və qastrol səfərlərinə qatılacağını söyləyib.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək teatrın kollektivinə yaradıcılıq uğurları diləyib.
Açılış mərasimindən sonra yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası sənətsevərlərə təqdim olunub. Nataşa adlı bir rus qızının sərgüzəştlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları Əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev,  Səyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib