28.07.2017 05:32
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümü dövründə mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən Lerik Dövlət Rəsm Qalereyası tərəfindən Lerik rayonunda “Relax” İstirahət Mərkəzində turistlər üçün gənc rəssam Altun Rəcəblinin rəngkarlıq işlərindən ibarət sərgi keçirmişdir. Gənc rəssamın 25 ədəd yeni yaratdığı əl işləri turistlərə təqdim olunmuşdur. İstirahət Mərkəzində dincələn turistlər bir həftə ərzində A.Rəcəblinin yaradıcılığı ilə yaxından tanış olmuşlar. Tamaşaçılara gənc rəssam özü bələdçilik etmiş, yaradıcılığından və gələcək planlarından danışmışdır.
Rəssamın rəngkarlıq nümunələri turistlərin zövqünə oxşamış və onlara xoş təəssüratlar bəxş etmişdir.