16.11.2017 04:59
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə
17 noyabr 2017-ci il tarixdə saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı və publisist Əli İldırımoğlunun 90 illiyi münasibətilə yubiley tədbiri keçiriləcəkdir.“Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Daş yağan gün” və sairə qiymətli əsərlərin müəllifi Ə.İldırımoğlunun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır. Ədib yaradıcılıq uğurlarına görə “Əməkdar jurnalist” fəxri adı, “Şöhrət” ordeni və başqa mükafatlarla təltif edilmişdir.
Tədbirdə incəsənət ustalarının ifasında ədibin əsərlərindən parçalar, musiqi nömrələri səsləndiriləcək, Ə.İldırımoğlu haqqında video çarx nümayiş etdiriləcəkdir.