19.04.2019 12:04
Aprel ayının 19-da saat 19:00-da Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin təqdimatı keçiriləcək.
Dövlət sifarişi ilə “Mozalan” studiyasında komediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunmuşdur.
Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.