Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
513

Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib

Fevralın 19-da Sankt-Peterburqda, Mariinski Teatrında “Məhəbbət əfsanəsi” tamaşası nümayiş olunub. Tamaşa əsərin müəllifi, dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikova həsr edilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər ki, baş rolda Mariinski Teatrının balet truppasının premyeri, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov çıxış edib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və vitse-konsul Rüfət Dadaşov tamaşanın nümayişində fəxri qonaq qismində iştirak ediblər.

Tamaşa başa çatdıqdan sonra Azərbaycanın Əməkdar artisti Timur Əsgərova gül təqdim edən baş konsul Sultan Qasımov səhnə arxasında artistlərlə görüşüb səmimi söhbət edib, onları gözəl çıxışları münasibətilə təbrik edərək balet truppasına bundan sonra da yaradıcılıq uğurları arzulayıb.

Əməkdar artist Timur Əsgərov tamaşa barədə öz təəssüratları ilə bölüşərək deyib ki, Heydər Əliyev Fondu sayəsində Azərbaycan klassik musiqisinin incisi, “Məhəbbət əfsanəsi” baleti mart ayında yenidən Bakı səhnəsində göstəriləcək. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının artistlərinə səmimi qəlbdən xoş əhval-ruhiyyə, uğurlar arzulayıb. “Arif Məlikovun baleti Azərbaycanın qürurudur! Qoy, hər bir artist bu qüruru Yuri Qriqoroviçin gözəl xoreoqrafiyasında özü ilə bərabər daşısın!”, - deyə Timur Əsgərov əlavə edib.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb